idman
"Liverpul" London klubundan futbolçu almaq istəyir
"Liverpul" gənc yarımmüdafiəçi Aleks Oksled-Çemberleyni transfer etmək fikrindədir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Mersesaydlılar" ona görə 25 milyon funt ödəməyə hazırdır. Çemberleyn "Arsenal"la yeni müqaviləni razılaşdıra bilmir. London klubu ona həftəlik 80 min funt məvacib ödəmək istəyir. Müqaviləsi 2018-ci ilin yayında başa çatacaq ingilis havbek isə buna razı deyil. "Liverpul" onunla bağlı məsələni yaxından izləyir.
Ötən mövsüm 45 rəsmi oyunda meydana çıxan Çemberleyn 6 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR