idman

Azərbaycan sərbəst güləş yığması Avropa çempionatında ikinci yeri tutub

  • 29 Jun 2017
  • 415 baxış

Almaniyanın Dortmund şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

XalqTV.com  "Report"a istinadən bildirir ki, qızıl medallara Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) sahib olub. Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə edib.
Bu nəticə ilə Azərbaycan yığması çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52 xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ötənilki Avropa çempionatında Azərbaycanın sərbəst güləş komandası 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR