İqtisadiyyat
Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşdü
Gürcüstanda işgüzar səfərdə olan SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.
XalqTV.com bu barədə SOCAR-ın saytına istinadən xəbər verir.
R.Abdullayev ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edib və abidənin qarşısına gül dəstəsi qoyub.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi V.Əliyev və "SOCAR Energy Georgia"nın baş direktoru M.Məmmədov da iştirak ediblər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR