ÇL-də yeni mövsüm başladı: ilk günün nəticələri
Avrokuboklarda yeni mövsümə start verilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qitə miqyaslı turnirlərdə hökm sürən 23 günlük sükuta Çempionlar Liqasının oyunları ilə son qoyulub.
Avrokuboklar hələlik yalnız "zəiflər" üçün start götürüb.
Belə ki, I təsnifat mərhələsində ən aşağı reytinqli 10 çempionatın qalibi çıxış edir. Lakin bu 5 cütün qarşılaşmaları təkcə 10 iştirakçı deyil, həm də onları II təsnifat mərhələsində gözləyənlər üçün maraqlıdır.
I təsnifat mərhələsi Kosovo təmsilçisinin debütü ilə əlamətdar olub. Ancaq debütant ilk görüşündən məğlub ayrılıb - 1:2.
Həmçinin postsovet məkanı təmsilçilərindən Estoniya, Ermənistan, şimal ölkələrindən Farer adaları, Uels, Şimali İrlandiya, həmçinin cırtdanlar San-Marino, Andorra, Cəbəllütariq və Maltanın klubları mərhələ keçmək üçün mübarizə aparırlar.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
27 iyun
"Alaskert" (Ermənistan) - "Santa-Koloma" (Andorra) - 1:0
Qol: Nenadoviç, 39
"Vikinqur" (Farer adaları) - "Trepça" (Kosovo) - 2:1
Qollar: Vatnamar, 17, Laval, 73 - Hajdari, 39
"Hibernians" (Malta) - "İnfonet" (Estoniya) - 2:0
Qollar: Jorjinyo, 63, Kristensen, 73
TNS (Uels) - "Europa" (Cəbəllütariq) - 1:2
Qollar: Giqli, 44 - Aleks Gillo, 8, Qomez, 78
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində