idman
İdmançıya azadlıqdan məhrum edilmə cəzası
Kanadalı hokkeyçi Koul Trevor Kreyn 30 gün müddətinə azadlıqdan məhrum edilib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, buna Kreynin oyun zamanı hakimə hücum etməsi səbəb olub. Martın sonlarında gənclərdən ibarət komandalar arasındakı görüş zamanı 18 yaşlı idmançı referinin sifətinə bir neçə zərbə endirib. Hakimin məqsədi həmin vaxt toqquşmada iştirak edən hokkeyçiləri ayırmaqdan ibarət olub. Məhkəmədə Kreyn günahını tam etiraf edib.
XalqTV.com
RƏYLƏR