idman

Rəqibdən xəbər yoxdu, "Zirə" vaxtı açıqladı

  • 27 Jun 2017
  • 216 baxış

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zirə" - "Differdanj" oyununun mətbuat konfransı və açıq məşqlərinin tarixi dəqiqləşib. XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, oyunöncəsi mətbuat konfransı yalnız "Zirə" tərəfindən təşkil olunacaq.
 
Bu barədə Bakı təmsilçisinin rəsmi saytı xəbər yayıb.
 
Bildirilib ki, qonaqlar məşq və mətbuat konfransı haqqında UEFA-ya və meydan sahiblərinə heç bir məlumat vermədiyi üçün yalnız təmsilçimizin mətbuat konfransı nəzərdə tutulub.
 
İyunun 28-də saat 20:30-da "Dalğa Arena"nın konfrans zalında "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək.
 
Saat 21:00-da isə komandanın oyunöncəsi son məşqi başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR