idman
"Bavariya"nın hücumçusu həbs olundu
"Bavariya"nın hücumçusu Kinqsli Koman polis tərəfindən həbs edilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, fransalı oyunçu vətənində insidentə qarışıb.
Belə ki, keçmiş qız dostu ilə mübahisə edən Koman ona fiziki füc tətbiq edib. İki dəfə - 24 və 26 iyunda mübahisə edən cütlüyün arasındakı qalmaqalın səbəbinin pul olduğu bildirilib.
Oyunçu xanım dostuna fiziki güc tətbiq etdiyi üçün qız da polisə müraciət edib və yerli hüquq-mühafizə orqanları onu həbs ediblər.
Bir neçə saat sonra sərbəst buraxılan futbolçunun məhkəməsi sentyabrda olacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR