idman

Millimizin hücumçusu debütantla anlaşdı

  • 27 Jun 2017
  • 203 baxış

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın yeni klubunun adı rəsmiləşmək üzrədir.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı forvard "Göztəpə" klubu ilə danışıqları yekunlaşdırıb.

"Dənizlispor" tərəfindən transferə çıxarılan Dəniz Superliqanın debütantı ilə görüşmək üçün İzmirə yollanıb. Klubun bazasını gəzən futbolçu rəhbərliklə danışıq masası arxasında əyləşib. Görüş müsbət məcrada keçib və tərəflər bütün məsələlərdə ortaq məxrəcə gəliblər. İndi qalır münasibətlərin rəsmiləşməsinə. "Göztəpə" bursalıların da razılığını aldıqdan sonra həftəsonu Dənizi ictimaiyyətə təqdim etməyi planlaşdırır.
 
Yılmazın transferinə müsbət cavab verən yeni baş məşqçi Tamer Tuna hazırkı heyətdəki oyunçuların yarısı ilə yollarını ayıracaqlarını da vurğulayıb. 11 nəfərin komandada qalacağını söyləyən çalışdırıcı onların adlarını da açıqlayıb.
 
Qeyd edək ki, Dəniz Yılmaz "Dənizlispor"a ötən ilin yayında "Trabzonspor"dan keçmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR