idman
Mourinyo atasının yas mərasimində - FOTO
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya ağır itki üz verib.
XalqTV.com "Mirror"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin atası Feliks Mourinyo 79 yaşında dünyasını dəyişib.
Futbolçu atasının yas mərasimi üçün Portuqaliyaya gedib.
Qeyd edək ki, F.Mourinyo gənclik illərində qapıçı kimi çıxış edib. F.Mourinyo karyerasına başladığı "Vitoriya" ilə 2 dəfə Portuqaliya Kubokunu qazanıb. Daha sonra o, 1968 - 1974-cü illərdə "Belenensiş"də çıxış edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR