Mbappenin növbəti dayanacağı "Real" ola bilər
Son mövsümdə göstərdiyi oyunla Avropa qrandlarının diqqətini özünə çəkən Kilian Mbappenin növbəti dayanacağı Madrid "Real"ı ola bilər. Fransalı hücumçunun "Monako"dan yalnız bu kluba görə ayrılacağı barədə məlumat yayılmışdı.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Real"ın prezidenti Florentino Perez iyunun 13-də Mbappe ilə şəxsən görüşüb və onun transfer ilə bağlı söhbət edib. Ona əsas heyətdə oynamaq zəmanəti verilib. Buna görə Madrid klubu onun mövqeyində çıxş edən Qaret Beyli satmaq məsələsini nəzərdən keçirir.
Uelsli futbolçuya görə PSG kifayət qədər sanballı pul təklif etməyə hazırdır. "Monako" bu yay çempion heyətdən Bernardo Silva və Valer Jermeni itirib. Tyemue Bakayoko "Chelsea", Fabinyo isə "Manchester United"ə keçməyə yaxındır.
XalqTV.com