idman
22 ildən sonra "Yuventus"u tərk etdi
Paolo de Çelye "Yuventus"u tərk edib.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçinin Turin klubu ilə sözləşməsi iyunun 30-da başa çatır. Tərəflər sözləşməni yeniləməmək qərarına gəliblər.
Bununla da de Çelyenin 22 illik "Yuventus" karyerası başa çatıb.
"Futbolda oyunçunun klubu ilə yeni müqavilə barədə razılığa gələ bilməməsi mümkün haldı. Zaman çatır və sən planlara daxil olmadığını anlayırsan. Mövsüm ərzində meydana çıxmamaq faciəvidir. Bunu heç kimə arzu etməzdim", - de Çelye bildirib.
Qeyd edək ki, 30 yaşlı arxa xətt oyunçusu 2015/16 mövsümün icarə əsasında "Marsel"də keçirib. Ötən mövsüm Turinə qayıtsa da, bir dəfə də olsun meydana çıxmayıb.
XalqTV.com
RƏYLƏR