idman

"Eintracht"ın məşqçisi Renatın Azərbaycanı seçməsi barədə danışdı

  • 26 Jun 2017
  • 232 baxış

Almaniyanın "Eintracht" klubunun U-19 komandasının baş məşqçisi Aleksandr Şur Azərbaycan millisinin üzvü olan gənc hücumçu Renat Dadaşov barədə danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, baş məşqçi deyib: "Renat yaxşı potensiala və üstün cəhətlərə malikdir. O, rəqib müdafiəçiləri daim təzyiq altında saxlayır, hava toplarında da təhlükəlidir. "Tipik hücumçu" anlayışı Dadaşovun oyununa uyğun gəlir. Renat cərimə meydançasında özünü soyuqqanlı aparır. U-19 komandası ilə son 6 ayda oynadığı 10 qarşılaşmada 7 qol vurdu və 3 məhsuldar ötürmə etdi. Dadaşov daim çalışmalı və özünü təsdiq etməlidir. Yəqin ki, böyük hədəfləri də var. Renat müsahibələrinin birində demişdi ki, kumiri Kərim Benzema və Zlatan İbrahimoviçdi".

Şur Dadaşovun millimizi seçməsindən də danışıb: "Renat Rüdeşaymda doğulsa da, Azərbaycan əsilli olduğu üçün tarixi vətəninin millisini seçdi. O, qardaşı Rüfət Dadaşovun yolu ilə getdi. Çünki o da Azərbaycan yığmasında oynayıb. Amma Renat daha istedadlıdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR