idman
"Ronalduya "Yuventus"da yer tapılar"
"Yuventus"un canlı əfsanəsi Alessandro Del Pyero "Real"ın portuqaliyalı ulduzu Ronaldonu Turin klubunda görmək istəyir. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, veteran futbolçu Ronaldunun vergi qalmaqalına görə İspaniyanı tərk etmək istəməsi barədə xəbərə münasibət bildirərkən bunu deyib:
"Yuventus"un Çempionlar Liqasında qalib olacağına inanıram. Ronalduya qalanda "Real"da özünü xoşbəxt hiss etmirsə, "Yuventus"da ona yer tapılar".
Ronaldonun vergidən yayınmaq ilə əlaqədar məhkəməsi iyulun 31-nə təyin olunub. Onun 14.8 milyon avro cərimə ödəyəcəyi gözlənilir.
XalqTV.com
RƏYLƏR