idman

Almaniyalı turist: "Formula 1 yarışı çox yüksək səviyyədə təşkil olunub"

  • 24 Jun 2017
  • 231 baxış

"Bakı çox gözəl şəhərdir".

XalqTV.com bildirir ki, bunu  Trend-ə almaniyalı turist Yens Kolzaekerts deyib.

O qeyd edib ki, Bakıya ilk səfəri olmasa da, Formula 1-i Bakıda birinci dəfə izləyir.

Turist tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu və hər şeyin çox maraqlı keçdiyini deyib.

O, hansısa bir pilota azarkeşlik etmədiyini deyib: "Qoy, ən güclü qalib gəlsin".

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR