idman

"Azərbaycanda içmək problem deyil"

  • 11 May 2017
  • 255 baxış

"Levski"dən ayrıldıqdan sonra 6 ay dincəldim. Bu müddətdə çəkim artdı, özümü pis hiss etməyə başladım. Buna baxmayaraq, AZAL klubundan gələn təklifi qəbul etdim". XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu sözləri AZAL və "İnter"in keçmiş futbolçusu Enyo Krastovçev deyib.

Ölkəsi Bolqarıstanda topsport.bg saytına geniş müsahibə verən "Marek" klubunun hücumçusu Azərbaycanda keçirdiyi illəri də xatırlayıb. 33 yaşlı forvard AZAL-a formada olmadığı bir vaxtda keçdiyini bildirib.
 
Krastovçev "İnter"ə transferinin səbəbini də izah edib: "AZAL-da iki məşq edən kimi, ayaq əzələmdə gərginlik yarandı. Bununla belə, onlar mənə müqavilə təklif etdilər. "Volın"la yoxlama görüşündə mənə şans verildi. Həmin matçda bir qol vursam da, çətinliklə oynayırdım. Nəticədə müqavilə imzaladım və Robert Petrovla birlikdə AZAL-da oynamağa başladım. Yarım mövsüm çıxış etdikdən sonra "İnter"ə keçdim, orda Peter Zlatinovla görüşdüm. Onların maliyyə imkanları çox geniş idi, yüksək məbləğdə maaş təklif etmişdilər".
 
Bolqarıstanlı futbolçu eyni zamanda Azərbaycan çempionatı barədə də maraqlı fikirlər səsləndirib: "Bu, klub rəhbərləri, məşqçilər və menecerlərin içməyi və rejimə əməl etməməyi problem kimi görmədikləri yeganə turnirdi. Onlar buna görə nə cərimə kəsirlər, nə də cəzalandırırlar".
 
Qeyd edək ki, 2010-11 mövsümünün ikinci yarısını AZAL-da keçirən Enyo Krastovçev növbəti mövsümdə "İnter"in formasını geyinib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR