Formula 2 üzrə birinci yarışın qalibi məlum oldu - YENİLƏNİB
13:39
"Prema Racing" komandasının pilotu Şarl Leklerk Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci yarışın qalibi olub.
XalqTV.com Trend-ə istinadən bildirir ki, o 1:54.025 dəqiqə nəticə göstərib.
İkinci yeri "Rapax" pilotu Nik de Vris (1:54.891), üçüncü yeri isə "Dams" komandasından Nikolas Latifi tutub.
Yarış 27-ci dairədə dayandırılıb. Buna səbəb 3 bolidin toqquşması olub.
Yarışın sonuna 4 dəqiqə qaldığı üçün mübarizəni davam etdirməmək qərarı verilib və bütün bolidlər pit-leynə qayıdıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
------------
12:23
Bu gün Bakıda Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ilk yarış start götürub.
XalqTV.com xəbər verir ki, yarışlarda 20 pilot iştirak edir.
Qeyd edək ki, dünən təsnifat mərhələsinin nəticələrinə görə, poul-mövqeni Prema Racing komandasının pilotu Şarl Leklerk tutmuşdu. İkinci ART Grand Prix-dən Nobuhari Matsuşito, üçüncü isə Dams pilotu Nikolas Latifi olmuşdu.
Hazırda çempionatda Leklerk 81 xalla liderdir. Ondan 3 xal geri qalan Dams pilotu Oliver Rouland ikinci, Russuian Time komandasının sürücüsü Artyom Markelov isə 60 xalla üçüncüdür.
Konstruktorların yarışında 116 xalla Russian Time birinci, Dams 102 xalla ikinci, Art Grand Prix komandası isə 85 xalla üçüncü yerdədir.
Qeyd edək ki, yarış başlayandan az sonra bir neçə qəza qeydə alınıb.
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində