idman

"Bavariya" gənc yarımmüdafiəçinin transferinə yaxındır

  • 23 Jun 2017
  • 258 baxış

"Bayer Leverkusen"in gənc futbolçusu Yulian Brandt karyerasını "Bavariya"da davam etdirə bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Münhen klubu 21 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 21 yaşlı yarımmüdafiəçinin "Bayer"lə müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulub. Onun transfer qiyməti "Transfermarkt" portalında 20 milyon avro göstərilir. Ötən mövsüm Bundesliqada 32 oyun keçirən gənc havbek 3 dəfə fərqlənmiş və 9 dəfə komanda yoldaşlarına bu şəraiti yaratmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR