İqtisadiyyat

Hindistan loukosteri Azərbaycana aviareys açmağı planlaşdırır

  • 23 Jun 2017
  • 245 baxış

Hindistanın "GoAir" loukoster aviaşirkəti bu ilin sonunadək doqquz istiqamətə yeni uçuşlar həyata keçirməyi planlaşdırır.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu reyslər arasında Azərbaycan, Özbəkistan, Qazaxıstan, İran, Çin, Vyetnam, Qətər, Səudiyyə Ərəbistanı və Maldiv adaları yer alır.

Aviaşirkət bu uçuşların həyata keçirilməsi üçün Hindistan hökumətinin icazəsini alıb.

Daha əvvəl uçuşların 14 istiqamətə həyata keçirilməsi planlaşdırılsa da, Küveyt, Oman, Türkiyə və BƏƏ-yə uçuşlara icazə verilməyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR