Siyasət

Deputatlarımız Koreyaya gedir

  • 23 Jun 2017
  • 236 baxış

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 26-da Koreya Respublikasına rəsmi səfər edəcək.

XalqTV.com xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər zamanı O.Əsədov ölkənin baş naziri və Milli Assambleyanın spikeri ilə görüşərək parlamentlərarası münasibətlərin inkişaf perspektivləri, ikitərəfli əlaqələrin daha da dərinləşməsi barədə danışıqlar aparacaq.

Spiker Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsinə qatılacaq. Tədbirdə "Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi" mövzusunda dinləmələr keçiriləcək. Müşavirədə Milli Məclis sədrinin çıxışı gözlənilir. Tədbirin sonunda Seul Bəyanatı qəbul ediləcək.

O.Əsədovun müşavirədə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər iyunun 28-də başa çatacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR