idman

"Force India" Bakıda pilotlarının yeni formasını təqdim edib

  • 23 Jun 2017
  • 231 baxış

"Force India"nın pilotu Esteban Okon Formula-1 Azərbaycan Qran-Prisindən əvvəl paddokda komandanın yeni yürüş kombinezonunda görünüb.

XalqTV.com AZƏRTAC-a istinadən xəbər verir ki, yeni formada "Force India" maşınlarının rənglərinə uyğun ağ və çəhrayı rənglər üstünlük təşkil edir.

Hindistan komandası mövsümün əvvəlində yeni sponsor - titullu BWT ilə müqavilə imzalayıb. Bundan sonra onun avtomobilləri çəhrayı boya ilə rənglənib. Amma yeni forma indi təqdim edilib. "Force India"nın pilotları mövsümün əvvəllində qara rəngli kombinezonlarda çıxış ediblər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR