idman
"Liverpul" Neapol klubuna rədd cavabı verdi
"Liverpul" ispaniyalı Alberto Morenonu "Napoli"yə satmaqdan imtina edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Neapol klubu transferin reallaşması üçün 11 milyon funt təklif edib. "Qırmızılar" Morenonun satışından 15 milyon funt qazanmaq istəyir. 24 yaşlı müdafiəçi ilə "Milan" və "Sevilla" da maraqlanır. "Liverpul" yay fasiləsində sol cinah müdafiəçisi transfer edə bilsə, onun başqa kluba keçməsinə mane olmayacaq. Ötən mövsüm Premyer Liqada 12 dəfə meydana çıxıb. Bunların cəmi 2-də matça start heyətində başlayıb.
XalqTV.com
RƏYLƏR