idman

İnzagi Albaniya millisini çalışdıra bilər

  • 23 Jun 2017
  • 242 baxış

İtaliyanın "Milan" komandasının sabiq futbolçusu və baş məşqçisi Filippo İnzagi Albaniya millisini çalışdıra bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə Albaniya Futbol Federasiyasının rəsmiləri danışıqlara başlayb.

Ötən həftə Albaniya yığmasının hazırkı baş məşqçisi Canni De Byazi oktyabrda 2011-ci ildən tutduğu postdan gedəcəyini açıqlayıb. Yığma onun rəhbərliyi altında 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb və qrupu 3-cü pillədə başa vurub.

Qeyd edək ki, 2014/2015 mövsümündə "Milan"a rəhbərlik etmiş Filippo İnzagi 2016-cı ildən "Venesiya"nın baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv yeni mövsümdən İtaliya B seriyasında oynayacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR