idman

Arveladzenin yeni iş yeri məlum oldu

  • 22 Jun 2017
  • 222 baxış

Özbəkistanın "Paxtakor" klubu yeni baş məşqçisini elan edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gürcü mütəxəsis Şota Arveladze Daşkənd klubunun sükanı arxasına keçib.  İyunun 23-də 44 yaşlı mütəxəssisin və komandanın yeni transferi - xorvatiyalı müdafiəçi Marko Simiçin təqdimat mərasimi keçiriləcək. Şota Arveladzenin sonuncu iş yeri İsrailin "Maccabi" komandası olub.

O, ötən mövsüm Tel-Əviv təmsilçisi ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Lakin komanda "pley-off"a yüksələ bilmədiyi üçün Arveladze bu ilin yanvarında qarşılıqlı razılaşma əsasında postunu tərk edib. Gürcüstanlı mütəxəssis daha əvvəl Türkiyənin "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor" kollektivlərinə rəhbərlik edib.

11 qat ölkə çempionu olan "Paxtakor" cari mövsümdə 14 turdan sonra 21 xalla 5-ci pillədə qərarlaşıb. Paytaxt klubu bu il artıq ikinci dəfədir ki, baş məşqçi dəyişikliyinə əl atır. Apreldə Qriqori Kolosovskini Ravşan Haydarov əvəzləyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR