SAĞLAMLIQ

Düyünü xatırladan göbələk

  • 10 May 2017
  • 295 baxış

Dəniz düyüsü, dəniz göbələyi, hind düyüsü, düyü göbələk, Çin dəniz düyüsü, Çin göbələyi, yapon göbələyi... Canlı düyü kimi hind dəniz düyüsünün də taxıllar fəsiləsinə heç bir aidiyyəti yoxdur. XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, həmin göbələklərin hamısı canlı bir mikroorqanizmin adıdır və onların əsasında dadı qazlaşdırılmış kvası xatırladan müalicəvi içki hazırlanır.

Hind dəniz düyüsü formasına görə göbələk qranulları tək-tək bişmiş yarımşəffaf düyünü xatırladır və adındakı qəribəlik də buradan doğur. XX əsrin 30-cu illərində həmin göbələklərdən alınan içki nəinki qidalandırıcı, tərkibində sirkə turşulu bakteriyalar olduğuna görə həm də faydalı müalicəvi içki sayılırdı. Onun tərkibi mayayabənzər göbələklərdən və sirkə turşulu bakteriyalardan təşkil olunub.

Dəri gözəlliyi üçün Hind dəniz göbələyi əvəzsiz vasitədir. Göbələyin çıxarışı ilə dərini silməklə onu təravətləndirmək, hamarlaşdırmaq və tonuslandırmaq, normal turş mühiti bərpa etmək, eyni zamanda bakteriya və ölmüş dəri hüceyrələrindən təmizləmək olar. Yorğunluğun qarşısını almaq üçün göbələyin çıxarışı suya əlavə edilərək vanna qəbul olunur. Yuyulandan sonra saçlara parlaqlıq vermək və dibini möhkəmləndirmək üçün göbələk çıxarışı ilə yaxalanır. Göbələyin çıxarışı əsasında müxtəlif losyonlar, dezodorantlar, üz üçün müxtəlif maskalar, ağız və saç yaxalamaq üçün mayelər hazırlanır. Tərkibində yağların parçalanmasında iştirak edən lopaza fermenti olduğuna görə hind dəniz düyüsünün çıxarışının qəbulu elə ilk aydan arıqlamaq istəyənlərin orqanizmində nəzərəçarpacaq çəki itkisinə səbəb olur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 766 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO