İçkili şəxs liftdə ana və azyaşlı qızını zorladı
Hakim, ana və uşağını liftdə zorlayan şübhəlinin cəza müddətini azaldıb. Səbəb kimi isə liftin "insanların kütləvi vaxt keçirmək məcburiyyətində olduğu mühitlər"dən olmadığı göstərilib.
XalqTV.com haberler-ə istinadən xəbər verir ki, hadisə 2016-ci ildə Türkiyənin Nevşehir şəhərində baş verib.
İddianaməyə görə parkda spirt niyyəti ilə 2 şüşə odekolon içən H.Ş. daha sonra evinin olduğu bloka daxil olub. Eyni binada yaşayan ana və azyaşlı uşağı ilə birlikdə liftə minən H.Ş. 4 yaşlı qız uşağını dodağından öpüb. Ana uşağın yanağından öpəcəyini düşünərək müdaxilə etməyib. Uşaq qorxub anasının qıçına sarılınca H.Ş. uşağı özünə doğru çəkməyə çalışıb. Ana uşağını buraxmayıb. H.Ş. bu dəfə ananı zorlamağa başlayıb. Qışqıraraq liftdən çıxan ana polisə şikayət edib. Evində nəzarətə alınan və 3.27 promil spirtli olduğu təyin olunan H.Ş. həbs olunub.
Nevşehir Cəza Məhkəməsi öncə 12 il həbs cəzası verdiyi təqsirkarın cəzasını 8 ilə endirib.
Məhəmməd Vaqif
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində