idman
Nordveyt karyerasını Almaniyada davam etdirəcək
Norveç millisinin yarımmüdaiəçisi Havard Nordveyt karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı havbek "Hoffenheim"la anlaşıb. Müqavilə 2022-ci ilə kimi nəzərdə tutulub. Nordveytin son klubu "West Ham United" olub. London klubunun heyətində 21 oyuna çıxan futbolçu 32 dəfə də milli forma ilə oyun keçirib.
"Hoffenheim" ötən mövsüm Bundesliqada 4-cü yeri tutaraq Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR