İqtisadiyyat

Neft hasilatının azaldılması üzrə sazişin müddəti uzadıla bilər

  • 21 Jun 2017
  • 260 baxış

İranın neft naziri Bijən Namdar Zəngənə hesab edir ki, neft hasilatının azaldılması ilə bağlı OPEK və OPEK-ə üzv olmayan dövlətlərin imzaladığı saziş gələn ilin martından sonra da uzadıla bilər.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, nazir bildirib ki, hazırda bununla bağlı OPEK ölkələri ilə məsləhətləşmələr aparırlar.

Qeyd edək ki, neft hasilatının azaldılması ilə bağlı razılaşma 2016-cı ilin sonunda əldə olunub.

Bu ilin mayında Vyanada ölkələr müqaviləni 2018-ci ilin martına qədər uzatmaq barədə razılığa gəliblər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR