Siyasət

Qarabağa qanunsuz səfər edən turistlərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

  • 21 Jun 2017
  • 312 baxış

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə getmiş turistlər haqqında məlumat verib.

XalqTV.com xəbər verir ki, XİN-in mətbuat ‎xidmətinin rəhbəri baku.ws-yə bildirib ki, həmin turistlərin vətandaşlığı araşdırılacaq: 
 
"Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərinə turist kimi getmək qeyri-mümkündür. Məsələ araşdırılıb məlumat veriləcək. Həmin turistlərin vətəndaşlığı öyrənilib ölkələrinə məlumat veriləcək. Həm də ola bilsin ki, bu, ermənilərin növbəti təxribatıdır". 

Qeyd edək ki, Rusiyalı turistlər Kəlbəcər rayonuna tur təşkil ediblər. Turistlər Qarabağa motosiklətlə gediblər. Videoda isə erməni dilində "Qarabağ" adlı mahnı ifa olunub. Rusiyalı turistlər qalacaq və qidalanmağa yer axtarıblar. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR