idman

"Kəpəz"dən 3 transfer

  • 10 May 2017
  • 233 baxış

Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətinə 3 futbolçu cəlb edib.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki,  Gəncə təmsilçisi müdafiəçi İlyas Səfərzadə, yarımmüdafiəçi Kamran Abdullazadə və hücumçu İlkin Sadıqovu heyətinə qatıb. 

Hər 3 futbolçu ilə 1 illik  müqavilə imzalanıb.

Qeyd edək ki, Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Orxan Əliyev, Vüqar Bəybalayev, Ceyhun Cavadov və Tural Rzayevlə müqaviləni artıran "Kəpəz" Tural Axundov, Dario Frederiko, Nicat Qurbanov, Tural Qürbətov, Eyyub Əliyev və Tural Nərimanovla yolları ayırıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR