Siyasət

Rusiyalı turistlər Kəlbəcərdə - VİDEO

  • 21 Jun 2017
  • 312 baxış

Rusiyalı turistlər Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə tur təşkil ediblər.

XalqTV.com baku.ws-yə istinadən xəbər verir ki, turistlər Qarabağa motosiklətlə gediblər. Videoda isə erməni dilində "Qarabağ" adlı mahnı ifa olunub. Rusiyalı turistlər qalacaq və qidalanmağa yer axtarıblar. 

Mədəniyyət və turizm nazirimiz Əbülfəs Qarayev isə ötən gün bildirmişdi ki, Azərbaycanın işğal altındakı torpaqlarına turist axını qeyri-mümkündür.

"Dünya Turizm Təşkilatının xüsusi qərarı var ki, işğal altında olan torpaqlarda, təhlükəli ərazilərdə turizmin təbliği və təşkili məqsədəmüvafiq deyil. Bu, beynəlxalq qurumun təsdiq etdiyi bir qərardır və bütün dünya ölkələrinə bu tövsiyə göndərilir. Sözsüz ki, ona əməl edənlər var. Amma təəssüf ki, Ermənistan bu tövsiyəyə məhəl qoymur. Qəbul olunmuş qərarlara hörmətsizlik göstərilməsi bu ölkənin siyasətidir"

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR