idman
Ronaldu həbsdən qaçmaq üçün...
"Real"ın hücumçusu Kriştianu Ronaldu həbs olunmamağa çalışır.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, vergidən yayınmaqda ittiham edilən portuqaliyalı borcunu ödəməyə hazırdır.
Belə ki, 2011-2014-cü illər aralığında 14,8 milyon avro vergini gizlətdiyi iddiası ilə məhkəməyə çağırılan 32 yaşlı forvard həmin məbləği ödəmək qərarına gəlib. O, bu yolla hakimin qərarının yumşalacağını düşünür.
Qeyd edək ki, Kriştianu Ronaldu iyulun 31-də İspaniya məhkəməsində ifadə verəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR