idman
Peresdən Neymar etirafı
"Real"ın prezidenti Florentino Peres "Barselona"nın futbolçusu Neymarla bağlı etiraf edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Peres Neymarı transfer etmək istədiklərini, ancaq buna nail olmadıqlarını deyib:
"Neymar 2013-cü ildə "Real"da tibbi baxışdan da keçdi. Biz onu Madridə gətirmək üçün çox cəhd göstərdik. Amma sonradan bunun real olmadığını görüb, istəyimizdən vaz keçdik".
2013-cü ildə "Barselona" 88,2 milyon avro müqabilində Neymarı "Santos"dan transfer edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR