idman
Tibbi müayinəsi yaxşı çıxmayan hücumçunu transfer etmədilər
Konqo millisinin üzvü Dyemersi Mbokaninin "Olympiacos"a transferi baş tutmayıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Afinada tibbi müayinədən uğurla keçməyib. Türkiyə mətbuatı onun "Galatasaray"a transfer olunma ehtimalından da yazırdır. Kiyev "Dinamo"suna 2013-cü ildə "Anderlecht"dən transfer olunan Mbokani son 2 mövsümdə "Norwich City" və "Hull City"də icarə əsasında çıxış edib. Geridə qalan mövsümdə 12 oyuna çıxan hücumçu fərqlənə bilməmişdi.
XalqTV.com
RƏYLƏR