idman

"Zirə" Georgi Hacinin komandasına uduzdu

  • 21 Jun 2017
  • 233 baxış

Avropa Liqasında iştirak edəcək "Zirə" Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun yetirmələri "Vitorul Konstanta" ilə üz-üzə gəliblər.
 
Georgi Hacinin çalışdırdığı Rumıniya təmsilçisi ilə qarşılaşma "Zirə"nin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Oyunda hesabı bakılılar açıblar. "Zirə"nin yeni transferi Orxan Əliyev 3-cü dəqiqədə fərqlənərək, komandasını hesabda önə keçirib. Lakin paytaxt təmsilçisi üstünlüyünü sona qədər qoruya bilməyib. Fasilədən sonra iki dəfə fərqlənən rumınlar yekunda qalib gələn tərəf olublar.
 
Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirmiş "Zirə" əvvəlcə "İnter"ə (2:0), ardınca isə Kamerunun "Columbe Sportive" klubuna (8:0) qalib gəlib.  
 
Yoxlama oyunu
20 iyun

 
"Zirə" - "Vitorul Konstanta" - 1:2

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR