idman
3 qardaş eyni oyunda meydana çıxdı
İngiltərə futbolunda maraqlı hadisə baş verib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Arsenal" - "Mançester Yunayted" matçında 3 qardaş meydanda olub.
Həmin klubların U-23 komandaları arasındakı görüşdə Co Uillok (17 yaş) və Kris Uillok (19 yaş) "Arsenal"ın heyətində böyük qardaş Metyu Uilloka (20 yaş) qarşı oynayıblar. 2:2 hesabı ilə başa çatan görüşdə ən balaca qardaş oyunu ilə rəğbət qazanıb.
Maraqlıdı ki, bununla 29 illik rekord təkrarlanıb. Belə ki, sonuncu dəfə 1998-ci ildə Denni, Rod və Rey Uollos qardaşları "Sauthempton"un heyətində "Şeffild"ə qarşı çıxış ediblər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR