idman
Ronaldu məhkəmə qarşısına çıxacaq
Portuqaliya yığmasının və "Real"ın hücumçusu Kriştianu Ronaldu hakim qarşısına çıxacaq.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, ulduz futbolçunun məhkəmə tarixi artıq müəyyənləşib.
Vergidən yayınmaqda ittiham olunan və həbsi tələb edilən 32 yaşlı forvardın məhkəməsi iyulun 31-də baş tutacaq. Onun "Real"da qalıb-qalmayacağının məhkəmə qərarından asılı olacağı da istisna deyil.
Qeyd edək ki, Ronaldu 14,7 milyon avroluq vergini ödəməməkdə ittiham olunur.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR