"Jewish Telegraph Agency": "Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır
ABŞ-ın Los-Anceles şəhərində İsrail konsulluğunda Ramazan ayına həsr olunmuş tədbir keçirilib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Jewish Telegraph Agency" nəşrindəki məqalədə yazılıb.
Tədbir Etnik Anlaşma Fondu ilə birgə təşkil edilib. Tədbirdə Fondun prezidenti, ravvin Mark Şnayer də iştirak edib.
M.Şnayer ötən ay Bakıda səfərdə olarkən Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı o, Azərbaycan prezidentinə yeni təşəbbüs barədə ətraflı məlumat verib.
Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan "təkcə öz yəhudi və xristian icmalarının dini azadlıqlarını müdafiə etmir, həm də 2011-ci ildə təşəbbüsü verilmiş mədəniyyətlərarası dialoq forumu - "Bakı prosesi" vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində