"Şəxsən mən Ronaldunu yalnız agent kimi komandama gətirərdim"
"Mançester Siti"nin sabiq baş məşqçisi Styuart Pirs Kriştianu Ronaldunun "Mançester Yunayted"ə qayıtmaq ehtimalı barədə danışıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "qırmızı şeytanlar"ın ulduz futbolçuya görə milyonlar xərcləmək istəyini düzgün hesab etməyib.
"De Xeanın "Real"a keçəcəyi barədə danışırlar. Bu, düzgün addım olmazdı. "Yunayted"in qapıçısı gənc və karyerasının zirvəsindədir. Onun satılmasını səhv hesab edirəm. Ronaldonun isə 32 yaşı var. Hər şey onun üçün ödəniləcək məbləğdən asılıdır. Şəxsən mən onu yalnız azad agent kimi komandama gətirərdim".
İngiltərə mətbuatı "manikunianlar"ın Morata və Ronalduya görə "Real"a David De Xea və 210 milyon avro verməyə hazır olduğunu yazır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində