İqtisadiyyat

Zenith brendi yeni qlobal baxışını təqdim edir

  • 20 Jun 2017
  • 289 baxış

Zenith kommunikasiyalar üçün təkliflər və platformaları tərəfindən dəstəklənən yeni qlobal yanaşmanı təqdim edib.

Zenith qlobal brendinin direktoru Vittorio Bonorinin başçılığı ilə edilən bu addım ROI agentliyinin 2002-ci ildə yarandığı gündən şəbəkəsinin inkişafı üçün ən mühüm hadisələrdən biridir. Bu unikal mövqeyə əsaslanaraq və müştərilərin artımını stimullaşdırmaq məqsədi ilə Zenith şəbəkədə aparıcı rol tutmağa imkan verəcək marketinq dəyişikliklər təklifini irəli sürüb.

ROI+ adlandırılan yeni yanaşma aparıcı kommunikasiya modelləri ilə biznes-məsələlərin həlli üçün nəzərdə tutulub. Bu yanaşmanın müştəri üçün üç əsas üstünlüyü var. Birincisi, biznes transformasiya hesabına ROI təmin edən "qalxan" strategiyaların yaradılması. İkincisi, fərdi ünsiyyət yaratmaq üçün əsas diqqət istehlakçıların səyahətinə ayrılır. Üçüncüsü, qabaqcıl avtomatlaşdırılmasının köməyi ilə "aşağı axın" strategiyasınının hazırlanması, məsələn, maşın təlimi.

Zenith-in yeni yanaşma yolu agentliyinin tam rebrendinqi ilə həyata keçir. ROI agentliyin mövqeyinə əsaslanaraq, Zenith yeni şüar yaradıb: "Biz yeni imkanlarının aşkar edilməsi, mürəkkəb məsələlərin həlli və müştərilərin biznesinin inkişafı üçün texnologiyalar və parlaq mütəxəssisləri birləşdiririk".

Zenith-in yeni emblemi yeni rənglər, şriftlər və şəkillərlə dəstəklənir və bütün dünyada olan Zenith brendinin aktivləri ilə parlaq ahəng yaradır.

Zenith-in qlobal saytı - www.zenithmedia.com - rebrendinqin qlobal proqram çərçivəsində tamamilə yenidən işlənib. Reklam üçün xərclərin proqnozlaşdırılması sahəsində dünya lideri olaraq, Zenith zəngin məlumatlara malikdir və indi onu Global Intelligence saytının yeni interaktiv bölməsində tapmaq mümkündür.

Yeni qlobal yanaşma və rebrendinq Zenith liderlərinin yeni qlobal komandası tərəfindən hazırlanıb və bu komanda dünya üzrə əsas bazarların liderləri ilə sıx əməkdaşlıq edir, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya və Çin ilə. Zenith həmçinin rəqəmsal məlumatların emalı, layihələndirmə və konsaltinq sahəsində olan bir sıra tərəfdaşları ilə əməkdaşlıq edib.

Vittorio Bonori, dünya brendinin prezidenti söyləyib: "Bizdə müştərilərimiz üçün transformasiya artımın təmin olunmasına öz baxışımız var və bunun üçün həm ixtiraçılıq, həm də texnologiyaları əhatə edən yeni iş üsulu tələb olunur. Mən hesab edirəm ki, yeni təklif və Zenith brendinin fərdiyyəti investisiyaların unikal səmərəliliyinə əsaslanır və bizi rəqiblərimizdən fərqlənməyə kömək edir".
Daha ətraflı məlumat üçün əlaqə saxlayın:

Tim Kollison
Qlobal kommunikasiya şöbəsinin rəisi
Telefon: +44 20 7961 1126
Elektron ünvan: [email protected]

Zenith barədə
Zenith - ROI agentliyidir. Biz müştərilərimizin biznesinin genişləndirilməsi, mürəkkəb məsələlərin həlli və yeni imkanlarının aşkar edilməsi üçün texnologiyalar və parlaq mütəxəssisləri birləşdiririk. "Zenith" Publicis Groupe-un [Euronext Paris FR0000130577, CAC40] dörd mərkəzlərindən biri, Publicis Media tərkibinə daxildir və Publicis One-da ofislərə sahibdir. Bizdə daha 5000 mütəxəssis, 95 bazar var. Biz planlaşdırma sahəsində, kommunikasiya və kütləvi informasiya vasitələrinin dəyərinin optimallaşdırılması, kontent, marketinq səmərəliliyində ekspert sayılırıq. Zenith Aviva, Coty, Kering, Lactalis, L'Oréal, Nestlé, Nomad Foods, Oracle, RB, SCA, Sanofi, Toyota və 21st Century kimi dünyanın aparıcı brendlərin bəziləri ilə işləyir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR