idman

Maradona: "Dani Alveş axmaqdır"

  • 20 Jun 2017
  • 237 baxış

Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona "Yuventus"un müdafiəçisi Dani Alveşin oyununu dəyərləndirib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Braziliya millisinin üzvünü zəif futbolçu hesab edir.

Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fujayra" klubuna baş məşqçi təyin edilən Maradona 34 yaşlı cinah oyunçusunu təhqir etməkdən də çəkinməyib: "Dani Alveş axmaqdı. O, müdafiəçidi, ancaq öz mövqeyində çıxış etmir. Dani səviyyə baxımından Braziliya millisinin keçmiş cinah müdafiəçiləri Kafu və Maykondan uzaq qalır. Onlar daha güclü futbolçular idi. Alveş oyunda 3 dəfə topa toxunur və 8 dəfə fol edir. Əgər onun haqqında danışacağıqsa, yaxşısı budu mən gedim".
 
Qeyd edək ki, Dani Alveş bu yaxınlarda Argentina yığmasının hazırkı kapitanı Lionel Messini Maradona ilə müqayisə etmiş və Leonun daha güclü olduğunu açıqlamışdı.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR