Dünya

Fransa hökuməti istefaya gedib

  • 19 Jun 2017
  • 228 baxış

Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkilərinin nəticələrinə görə istefaya gedib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı açıqlamada bildirilir.

Prezident Emmanuel Makron hökumətin istefasını qəbil edib. Fransada parlament seçkilərindən sonra hökumətin istefası qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir.
 
Prezident Makronun "İrəli, Respublika" hərəkatının inamlı qələbəsini nəzərə alaraq yeni hökumətin yaxın günlərdə minimal yerdəyişmələrlə yenidən qurulması gözlənilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR