Siyasət

Myanma və Dominikan prezidentləri İlham Əliyevi təbrik ediblər

  • 19 Jun 2017
  • 231 baxış

Myanma Prezidenti Thin Cjo Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi, ölkənizə davamlı inkişaf və tərəqqi arzularımızı çatdırıram.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri və əməkdaşlıq birgə səylərimizlə gələcəkdə daha da intensivləşəcək.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin:.

XXX

Dominikan Prezidenti Danilo Medinadan:

"Milli bayramınız - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi ifadə etməkdən şərəf duyuram. Eyni zamanda, böyük xalqınıza tərəqqi, xoşbəxtlik və rifah diləyir, ən xoş arzularımı çatdırıram".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR