David Silva: "Ötən mövsüm bizim üçün uğursuz alındı"
"Manchester City"nin kapitanı David Silva komandanın növbəti mövsüm üçün planlarına toxunub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi daha uğurlu çıxış etmək arzusunda olduqlarını dilə gətirib.
"Çempionlar Liqasının qalibi olsaq, karyeramı "Manchester City"də başa vuracam. Bu, mənim üçün xüsusi an olacaq. Belə bir klubun şərəfini qorumağa şadam. "City"də uzun müddət oynamaq istərəm. Amma hər şey məndən asılı deyil. Bədənim imkan verdiyi qədər oynayacam. Keyfiyyətli oyun və rəhbərliyin mövqeyini də unutmaq olmaz. Klub istəməsə, yeni müqavilə də imzalanmaz. Premyer Liqa fizika baxımından dünyada ən çətin çempionatdır.
Burda İspaniya Primerasındakı kimi deyil. Mövsümün sonuna kimi döyüşə hazır vəziyyətdə olmalısan. Hər qarşılaşmada yüksək səviyyəli oyun göstərməlisən. "Manchester City"də çoxdan çıxış edirəm. Düzün deyim, ötən mövsüm bizim üçün uğursuz alındı. Bir titul belə qazanmaq mümkün olmadı. Ümid edirəm, növbəti mövsüm daha uğurlu nəticə göstərəcəyik. Məqsədimiz qazanılan qələbələrlə azarkeşlərimizi sevindirməkdir. Əsasən də Premyer Liqada. Heyətə bir neçə yeni futbolçu qoşulub. Amma bu hələ son deyil. Klub bir neçə sanballı transferi də reallaşdırmağa hazırlaşır. Heyətin gücləndirilməsinə ehtiyac var".
XalqTV.com
target="_blank" trebuchet="">Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində