idman

Cüdoçumuz Meksikada gümüş medal qazandı

  • 19 Jun 2017
  • 236 baxış

Meksikada "Kankun Qran-Pri" yarışı Azərbaycan cüdoçusu Tural Səfquliyev üçün uğurlu olub və o, yarışda gümüş medal qazanıb.

XalqTV.com  report-a istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan təmsilçimiz Çili, Rumıniya və ABŞ idmançılarına qalib gələrək finala çıxıb.

Beynəlxalq turnirin həlledici qarşılaşmasında İspaniya cüdoçusu Nikoloz Şerazadaşviliyə məğlub olan Tural Səfquliyev "Meksika Qran-Pri"sində 2-ci yeri tutub. Digər iki cüdoçumuz - Rüfət İsmayılov və Cəlil Şükürov ilk görüşdə rəqiblərinə uduzublar.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR