idman
Zidan və Ramos Ronaldunu yola gətirməyə çalışıb
"Real Madrid"in baş məşqçisi Zinəddin Zidan və kapitan Serxio Ramos Kriştianu Ronaldunun klubu tərk etmək qərarından narahat olub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, onların hər ikisi portuqaliyalı ulduzla telefon əlaqəsi saxlayıb və onu yola gətirməyə çalışıb. Zidan 32 yaşlı hücumçuya bildirib ki, onun qolları komandasına hələ çox titullar qazandıra bilər. Fransalı mütəxəssis yay tətilindən sonra Madriddə Ronaldu ilə şəxsən söhbətləşmək niyyətindədir.
XalqTV.com
RƏYLƏR