Kamerun - Çili oyunun taleyi son saniyələrdə həll olundu
Bu gün FİFA Konfederasiyalar Kuboku - 2017-də növbəti oyunlar keçiriləcək.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, A və B qruplarının hərəsində bir matç baş tutdu.
Dünən keçirilən açılış oyunundan sonra A qrupunun ikinci qarşılaşmasında Portuqaliya Meksika ilə üz-üzə gəldi.
Günün ikinci matçında isə B qrupunun iştirakçıları Amerika kubokunun birincisi Çili Afrika Millətlər Kubokunun sahibi Kamerunla münasibətlərinə aydınlıq gətirdi.
Qeyd edək ki, turnirin açılış matçında Rusiya Yeni Zelandiyanı məğlub edib - 2:0.
FİFA Konfederasiyalar Kuboku - 2017
18 iyun
A qrupu
Meksika - Portuqaliya - 2:2
Qollar: Ernandez, 42, Moreno, 90+1 - Quarejma, 35, Sedrik, 86
Portuqaliya: Rui Patrisio, Sedrik, Pepe, Fonte, Gerrero, Villam Karvalyo, Andre Qomez, Moutinyo, Quarejma, Nani, Ronaldo
Meksika: Oçoa, Salsedo, Dieqo Reyes, Moreno, Layun, Quardado, Conatan Dos Santos, Errera, Karlos Vela, Raul Ximenez, Ernandez
B qrupu
Kamerun - Çili - 0:2
Qollar: Vidal, 81, Varqas - 90+1
Kamerun: Ondoa, Mabuka, Teykeu, Nqadcu, Fay, Anquissa, Siani, Cum, Mukanco, Bassoqoq, Abubakar
Çili: Errera, İsla, Jara, Medel, Bisejor, Fuenzalida, Vidal, Diaz, Aranquiz, Varqas, Puç
XalqTV.com