idman
Ferqyusson: ""United" ən güclü komandalardan qorxmur"
"Manchester United"in sabiq baş məşqçisi Ser Aleks Ferqyusson komandanın "Beynəlxalq Çempionlar kuboku"nda iştirakından danışıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, şotland mütəxəsis bunları deyib:
"United"də sevdiyim ən yaxşı cəhət dünyanın ən güclü klublarından qorxmamasıdır. "Beynəlxalq Çempionlar Kuboku"nda böyük komandalarla qarşılaşacağıq. Turnir gənc futbolçular üçün çox faydalı olacaq. Oyunlar nə qədər intensiv olsa, onlar "Real", "Barcelona" və "Manchester City" kimi rəqiblərlə qarşılaşmaya daha hazır olacaqlar".
XalqTV.com
RƏYLƏR