Siyasət

İspaniya mətbuatı Ermənistanın Qarabağ cəbhəsindəki son itkilərindən yazır

  • 18 Jun 2017
  • 230 baxış

İspaniyanın "La Vanguardia" nəşri EFE agentliyinin Yerevan və Bakıdakı mənbələrinə istinadən Qarabağ cəbhəsindəki son hadisələrdən yazır.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, məqalədə qeyd olunur ki, separatçı qurumun "müdafiə nazirliyi" son 48 saatda Dağlıq Qarabağda 4 erməni əsgərinin həlak olduğunu bildirib. Azərbaycan tərəfi isə ermənilərin 5 nəfər itki verməsini bəyan edib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə işğal altında olan Azərbaycan torpaqlarının azad olunacağını bəyan etməsindən bəhs edilir. Bildirilir ki, Azərbaycan ordusu iyun 19-dan 23-dək növbəti taktiki təlimlər keçirəcək.

Məqalənin sonunda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat verilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR