Siyasət

Tramp yeni zəlzələ yaratdı - FOTO

  • 10 May 2017
  • 253 baxış

ABŞ prezidenti Donald Tramp ölkənin Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Ceyms Komini tutduğu vəzifədən azad edib.

XalqTV.com New York Times-a istinadən bildirir ki, Ceyms Komi Los-Anceles şəhərində əməkdaşlarının qarşısında çıxış edəndə onun işdən çıxarılması barədə xəbər oxunub.

/>

Komi gülüb və bunu "yetərincə maraqlı prank, gülməli zarafat" adlandırıb. Bu zaman onun müavinləri jestlərlə Komiyə anlatmağa çalışıblar ki, çıxışını dayandırsın. Sonucda Komi çıxışını yarımçıq saxlayıb və kabinetinə yollanıb.

Həmin vaxt FTB direktoru Vaşinqtondan rəsmi açıqlama məktubu almamışdı. Bir qədər sonra D.Trampın imzalıdığı məktubu FTB-nin mənzil-qərargahına ABŞ prezidentinin köməkçisinin müavini Kit Şiller çatdırıb.

ABC telekanalı isə bildirir ki, C.Komi Los-Ancelesə yollananda onun telefonuna zəng vurularaq işdən çıxarıldığı deyilib.

C.Kominin işdən çıxarılmasının rəsmi səbəbi kimi Hillari Klintonun dövlət katibi olduğu dönəmdə elektron poçt yazışmalarının hakerlər tərəfindən yayılması ilə bağlı təhqiqatın sonunda yol verdiyi səhvlər göstərilib.

/>

Klintonun məktubları

Donald Trampın qəfil qərarı C.Kominin ötən həftə Konqresdə çıxış edərkən Hillari Klintonun məktubları ilə bağlı yanlış açıqlaması ilə bilavasitə bağlı olduğu deyilir.

Hillari Klinton indiyədək dəfələrlə bəyan edib ki, prezident seçkilərində məğlubiyyətinin başlıca səbəbkarlarından biri C.Komidir.

Mayın 3-də C.Komi Senatın hüquq komitəsində ifadə verərkən demişdi: "Hillari Klintonun yardımçısı Huma Abidin indi boşandığı, lakin o vaxt əri olan Entoni Uinerə sonradan çap etdirmək üçün elektron poçtla yüzlərlə, minlərlə məktub yollayıb. Həmin məktubların bir çoxunda dövlət sirri olan məxfi məlumatlar vardı".

Dünənsə FTB rəsmən bəyan edib ki, H.Abidin dövlət sirri sayılacaq cəmi 22 məktub yollayıb.

Abidinin ərinə yolladığı 49 min məktubun Uinerin kompüterində olması isə həmin məktubların Abidinin "Blackberry" telefonundan köçürülməsi ilə bağlıdır.

/>

Siyasi "zəlzələ"

Donald Trampın göstərişi imzalamazdan əvvəl ədliyyə naziri və baş prokuror Ceff Seşns, habelə onun müavini Rod Rozenştaynla məsləhətləşdiyi deyilir.

"FTB-nin direktoru 2016-cı ilin iyulun 5-də baş prokurorun səlahiyyətlərini qəsb edərək H.Klintonla bağlı tədqiqatın dayandırılmasına göstəriş verəndə səhv addım atıb. FTB direktorunun belə bəyanat verməyə səlahiyyəti yoxdu".

Maraqlıdır ki, Komi sabah Senatın kəşfiyyat üzrə xüsusi komitəsində çıxış etməliydi. İndi onun "qlobal təhlükələr"lə bağlı çıxış edib-etməyəcəyi bəlli deyil.

Donald Trampın qərarı Konqresdəki respublikaçılar arasında birmənalı qarşılanmayıb, Demokrat Partiyasının mənsublarınınsa yekdil etirazına səbəb olub.

Demokrat senatorlar və konqresmenlər bu olayla bağlı olaraq "Trampla Rusiya arasında gizli əlaqələrin izlərinin araşdırılması üçün müstəqil prokuror təhqiqatına başlanmasını" tələb ediblər.

Tələbin əks olunduğu məktubu demokrat senatorlar Çak Şumer, Riçard Durbin, Mark Uorner, Elizabet Uorren, Kirstan Gillibrand, Tom Yudoll və başqaları imzalayıblar.

/>

ABŞ mediasının fikrincə, Kominin qəflətən işdən çıxarılması onun başçılıq etdiyi FTB-nin D.Trampla Rusiya arasındakı əlaqələri, habelə ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdırmağa başlaması ilə əlaqədardır.

Hillari Klintonun sabiq mətbuat katibi Brayan Fellon deyib: "Tramp Komidən çəkindiyi üçün onu istefaya yolladı. Kominin işdən çıxarılması ilə bağlı ironiya ondadır ki, o, Trampa prezident olmağa yardım edən insan olmaqla yanaşı, həm də Trampı devirə biləcək adam idi".

Donald Trampın baş müşaviri Kellienn Konuey isə Ceyms Kominin işdən çıxarılmasının ötən il ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın mümkün müdaxilələrindən bəhs edən iddialarla bağlı deyil: "Bu qərarın yarım il əvvəl keçirilmiş prezident seçkiləri ilə əlaqəsi yoxdur. Amma qərar ABŞ prezidentimnin FTB direktoruna etimadı ilə bağlıdır".

FTB direktoru səlahiyyətlərinin müvəqqəti icrası 49 yaşlı Endryu Makkeybə tapşırılıb. O, C.Kominin müavini idi.

1996-cı ildə FTB-nin Nyu-York idarəsində işləməyə başlamış E.Makkeyb mütəşəkkil cinayətkarlıqla mübarizə sektorunda fəaliyyət göstərirdi.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR