Siyasət

Fransa prezidenti seçki məntəqəsinə tək getdi

  • 18 Jun 2017
  • 229 baxış

Fransa prezidenti Emmanuel Makron bu gün ölkədə keçirilən parlament seçkilərinin ikinci turunda səs verib.

XalqTV.com report.az-a istinadən bildirir ki, bununla bağlı "BFMTV" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, o, kuror şəhəri Le-Tukedə, Pa-de-Kale departamentinin şimal-qərbindəki səsvermə məntəqəsinə gələrək vətəndaşlıq borcunu yerinə yetirib.

Onun gəldiyi seçki məntəqəsi yerli meriyanın ərazisinə aiddir. Qeyd edək ki, Makron prezident seçkilərində bu şəhərdəki seçki məntəqəsində xanımı Brijitlə birlikdə səs vermişdi. Lakin dövlət başçısı bugünkü seçkidə səs vermək üçün seçki məntəqəsinə tək gəlib.

XalqTV.com 

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR